Azərbaycanın tibb müəssisələrində koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşlara saxta sənədlərin verilməsi halları aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Araşdırmanın nəticəsi olaraq Bakı şəhəri üzrə 7 və 12 nömrəli şəhər poliklinikalarında, Şəki Rayon Mərkəzi Xəstəxanasında, Sumqayıt şəhəri üzrə 2, 3 və 5 nömrəli uşaq poliklinikalarında, 3 saylı Şəhər Xəstəxanasında, Gəncə şəhəri üzrə 2 nömrəli Şəhər Poliklinikasında çalışan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.
“Göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək”, - deyə məlumatda bildirilir.
Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-də start verilib. Aprelin 9-na ölkədə 1,1 milyon doza vaksin vurulub.*
X.Nəsirzadə