Azərbaycanda koronavirus (COVID-19) əleyhinə ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 405,289 min nəfər təşkil edir. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 milyon 111,722 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 405,289 min nəfər təşkil edir.
Azərbaycan əhalisinin sayı 10,1 milyon nəfərdən çoxdur. Beləliklə, əhalinin 4%-i ikinci mərhələ üzrə vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən start verilib.*
X.Nəsirzadə
.