Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Dağlıq Qarabağda nizamlanma problemini müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“R.T.Ərdoğan Rusiyanın Dağlıq Qarabağda vəziyyətin sabitləşməsini təmin etmək üçün atdığı addımları, 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların tədricən icrasını alqışlayıb. V.Putin türkiyəli həmkarını bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə apardığı təmasların nəticələri barədə məlumatlandırıb. Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı işlərin intensivləşdirilməsinin vacibliyi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*