Bu gün Səbail rayonu, Bibiheybət qəsəbəsində gəmidə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.
“FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olması barədə məlumat daxil olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub”, - deyə məlumatda bildirilir.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.*
N.Abbasova