Prezident İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.
“Prezident Əliyev səfirə Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni təqdim edib”, - deyə dövlət başçısının saytında məlumat verilir.
Xəbər verildiyi kimi, Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində E.Özoralı Cahit Bağcı əvəz edəcək.*
N.Abbasova