Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə gəmidə baş vermiş yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.
“Yanğın bu gün yanalma körpüsündə doğranmaqda olan gəmidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Yanğın söndürülüb”, - deyə məlumatda qeyd olunur.
Yanğının baş vermə səbəbləri barədə məlumat verilmir.*
N.Abbasova