Dövlət Gömrük Komitəsi (DGK) 2021-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinə 943 milyon 538,9 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-mart aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 991 milyon 23,4 min manat təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinə köçürmələr 4,8% azalıb.
I rübdə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 636 milyon 883 min manat, aksizlər üzrə 35 milyon 705,6 min manat, yol vergisi üzrə 10 milyon 224,1 min manat təşkil edib.
Bundan başqa, bu dövrdə gömrük rüsumları üzrə köçürmələr 260 milyon 726,2 min manat məbləğində olub.
2021-ci il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3,9 milyard manat təşkil edir.*
N.Abbasova