Azərbaycanda koronavirus infeksiyasına 2192 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 283,579 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 206 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3879 nəfərə çatıb.
Virusa yoluxmuş 249,013 min nəfər (sutka ərzində +1554) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 30 min 687 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 912 (ötən gün 12 692 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 5,197 min test aparılıb.*
N.Abbasova