2021-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi $50 milyard, 2022-ci ildə - $51 milyard təşkil edəcək. “Ziraat Bank Azerbaycan” ASC (Türkiyənin “Ziraat Bankası”nın törəməsi) belə proqnozlaşdırır.
“2020-ci ilin yekunları üzrə Azərbaycanda ÜDM-in nominal həcmi $42,6 milyard təşkil edib. Ekonometrik modellərimizə əsasən, 2021-ci ildə ÜDM-in nominal həcmi $50 milyard, 2022-ci ildə - $51 milyard səviyyəsində proqnozlaşdırılır”, - bankdan vurğulanır.
Azərbaycan İqtisadiyyat Nazirliyi 2021-ci ildə nominal ÜDM-in 75,8 milyard manat səviyyəsində proqnozlaşdırır. **
A.Əzizov