“Roşino” Beynəlxalq aeroport (Tümen) Azərbaycana reysdlər təşkil etməyi planlaşdırır.
“Roşino” aeroportu yay cədvəlinə keçib. Tümendən təyyarələr Rusiya üzrə 34 istiqamətdə uçuşlar yerinə yetirəcək. Həmçinin, 7 ölkə ilə hava əlaqəsi barpa olunacaq. Kipr, Qırğızıstan, Taylan və Vyetnama uçuşlar planlaşdırılır, o cümlədən, Azərbaycan və Tacikistanla danışıqlar aparılır”, - Rusiyanın RBK nəşri məlumat verir.
Tümendən ilk beynəlxalq reys aprelin ortalarında BƏƏ-yə yerinə yetirilib.
2020-ci il martın 27-dən Tümendən xaricə uçuşlar dayandırılıb. Bu məhdudiyyətlər dünyada koronavirus pandemiyasına görə tətbiq olunub. **
N.Abbasova