2021-ci ilin mart ayında Azərbaycanda gündəlik neft hasilatı cari ilin fevral ayında 593 min barrelə qarşı 592,1 min barrel təşkil edib. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“2021-ci ilin mart ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 734,8 min barrel olub. Bunun 592,1 min barrelini xam neft, 142,7 min barrelini isə kondensat təşkil edib. Azərbaycan martda sutkada xam neft hasilatını 125,9 min barrel azaldıb”, - nazirlikdən qeyd ediblər.
2021-ci ilin mart ayında ölkə üzrə gündəlik xam neft hasilatı 595 min barel olub. Beliklə, Azərbaycan mart ayında OPEC+ çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliyini 100,5% yerinə yetirib. **
N.Abbasova