Müdafiə Nazirliyi raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimlərinin başlanması barədə məlumat verib.
“2021-ci ilin döyüş hazırlığı planına əsasən Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb.
Taktiki təlimlərdə döyüş texnikasının geniş tətbiqi ilə ərazidə nümunəvi döyüş atışları keçiriləcək”, - məlumatda deyilir.
Bildirilir ki, təlimlərdə əsas səylər İkinci Qarabağ müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun, gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək. **
X.Nəsirzadə