Hələlik Azərbaycan “İsgəndər-M” raketlərinin Ermənistanın əlinə keçməsinə dair suala rəsmi cavab almayıb. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bu raketlər (“İsgəndər-M”- İF) Ermənistanda hardandır. Həmin raketlər onlarda olmamalıdır. Biz bu ölümcül silahın ermənilərin əlinə necə keçməsinə dair suala cavab istəyirik. Hələlik biz bu suala cavab almamışıq, lakin alacağıq”, - Əliyev bazar ertəsi Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirib. Burada Şuşa şəhərində tapılmış “İsgəndər-M” raketinin qalıqları sərgilənir. **
A.Əzizov