“A-Qroup” sığorta şirkətinin rəhbərliyində dəyişikliklər baş verib. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
Şirkətin İdarə Heyətinin sədri Anar Bayramov işdən çıxıb. Məlumata görə, o, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.
Əvvəl İdarə Heyətinin sədr müavini olan Abbas Miskərli İH-nin yeni sədri təyin olunub.
“A-Qroup" ASC 1996-cı ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət toplanan sığorta haqları və həyata keçirilən ödənişlərin həcminə görə ölkənin aparıcı 15 sığorta şirkətinin siyahısına daxildir. **
Ə.Məmmədov