Azərbaycanda koronavirus infeksiyasına 1 151 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 287,144 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 414 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 944 nəfərə çatıb.
Virusa yoluxmuş 251,760 min nəfər (sutka ərzində +1 052) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 31 min 440 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 687 (ötən gün 13 248 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 26,132 min test aparılıb.**