Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin silahlanmasında olan 7 “S-300” zenit-raket kompleksi məhv edilib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Hərbi Qənimətlər Parkında nümayiş etdirilən texnika məhv edilmiş və qənimət götürülmüş düşmən texnikasının kiçik bir hissəsini təşkil edir”, -
Əliyev bazar ertəsi Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirib.
Prezident məlumat verib ki, 44 günlük müharibə dövründə Ermənistan Silahlı Qüvvələrinin silahlanmasında olan 125 artilleriya topu, 366 tank, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını və digər texnikalar məhv edilib və qənimət kimi götürülüb. **
B.Rüstəmbəyov