“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Rusiya ilə İran arasında vahid iqtisadi məkanın təməli ola bilər, Süveyş kanalının bağlanması ilə əlaqədar vəziyyət bu cür layihələrin reallaşdırılmasının vacibliyini nümayiş etdirdi. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib.
“Perspektivdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi İranın cənub sahillərindən Rusiyanın şimal şəhərlərinədək vahid “tikişsiz” nəqliyyat-logistika və iqtisadi məkanın yaradılması üçün təməl olacağına ümid edirik”, - Lavrov İranın İRNA informasiya agentliyinə müsahibəsində bildirib.
“Bu yaxınlarda Süveyş kanalının bağlanması ilə əlaqədar insident yüklərin etibarlı quru yolla nəqlinə tələbatı nümayiş etdirəndən sonra bu cür vəzifənin həlli həm bu məqsədlə vacibdir”, - o vurğulayıb.
Nazir qeyd edib ki, layihənin inkişafı üçün müasir yol-nəqliyyat infrastrukturunun yaradılması mühüm əhəmiyyət kəsb edir.
“Bunun üçün Rusiyada hökumət səviyyəsində zəruri planlar və proqramlar təsdiq olunaraq reallaşdırılır, bu, Xəzəryanı region üçün də keçərlidir. Bizə məlumdur ki, həmçinin Tehranda bu məsələyə yüksək səviyyədə diqqət ayrılır. Ümid edirik ki, iranlı həmkarlarımız Kaspian limanına giriş yolu, həmçinin Azərbaycana dəmir yolunun tikintisini uğurla başa çatdırmağa müvəffəq olacaqlar. Bu, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətini və onun yük göndərənlər üçün cəlbediciliyini mühüm dərəcədə artıracaq”, - Lavrov bildirib. **