İpoteka və Kredit Zəmanət Fondu (İKZF) əmlak sığortaçısını seçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İKZF-dən məlumat verilib.
“İKZF fondun inzibati binasının və avadanlıqlarının sığortalanması üzrə xidmətlərin satın alınması ilə bağlı kotirovka sorğusu elan edib. Sorğunun qalibi olan “PAŞA Sığorta” şirkəti ilə 19 min 728,45 manat dəyərində müqavilə bağlanıb”, - deyə məlumatda bildirilir.
“PAŞA Sığorta” tərəfindən müvafiq xidmətlərin göstərilmə müddəti 3 ildir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 637 milyon manatdır.*
R.Əhmədov