Prezident İlham Əliyev bəyan edib ki, əgər Ermənistanın müsbət siqnalı olarsa, Bakı Yerevanla əlaqə qurmağa hazırdır.
“Əgər Ermənistanın müsbət siqnalı olarsa, əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq”, - deyə dövlət başçısı “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında söyləyib.
Onun sözlərinə görə, iki xalq arasında münasibətlərin normallaşması qarşılıqlı istəkdən, siyasətçilərin müdrikliyindən asılıdır. “Hesab edirəm ki, biz Yerevanla körpülər qurmaq üçün fəal olmalıyıq. Əlbəttə ki, Ermənistan tərəfi əgər bunu istəyirsə”, – deyə İ.Əliyev vurğulayıb.*
A.Əzizov