Azərbaycanın Şuşa və Türkiyənin Kayseri şəhərləri qardaşlaşacaq. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Kayseri bələdiyyəsinin saytında məlumat verilir.
“Kayseri Bələdiyyə Məclisinin sədr müavini Mehmet Savrukun sədrliyi ilə aprelin 12-də keçirilən iclasda Şuşa və Kayseri şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması təklifi yekdilliklə qəbul olunub”, - deyə məlumatda bildirilir.
Bu qərar iki şəhər arasında mədəni, sosial, iqtisadi və kommersiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə qəbul edilib.*
N.Abbasova