Rusiya və Azərbaycan prezidentləri arasında bu yaxınlarda baş tutmuş telefon danışığı zamanı keçən ilin payızında Rusiyaya məxsus vertolyotun vurulması ilə bağlı insidentin araşdırılması məsələsi qaldırılmayıb. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, bu mövzu müzakirə olunmayıb”, - deyə Peskov bildirib.
Putin və Əliyev arasında telefon danışığı aprelin 1-də baş tutub.*