2020-ci ildə "Qala Sığorta" şirkətinin xalis mənfəəti 2 milyon 140 min 539,02 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yekunları üzrə “Qala Sığorta” şirkətinin xalis mənfəəti 1 milyon 338 min 467,8 manat təşkil edib. Beləliklə, 2020-ci ildə şirkət mənfəətini 59,9% artırıb.
Şirkətin auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatına əsasən, 2020-ci ildə onun gəlirləri 36 milyon 137 min 735,45 manat, o cümlədən sığorta haqları 33 milyon 2,592 min manat (2019-cu illə müqayisədə artım 24,7%), investisiya gəlirləri 927,202 min manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
2020-ci ildə şirkətin xərcləri 33 milyon 378 min 227,91 manat, o cümlədən sığorta ödənişləri 3 milyon 360,761 min manat (2019-cu illə müqayisədə artım 2,6%), təkrar sığortaya verilən sığorta haqları 21 milyon 233,082 min manat, işlərin aparılması xərcləri 7 milyon 410,903 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
Hesabat ilində "Qala Sığorta" şirkətinin vergi ödənilənədək mənfəəti 2 milyon 759 min 507,54 manat, mənfəət vergisi üzrə ödənişləri 618 min 968,52 manat təşkil edib.
2020-ci ildə şirkətin aktivləri 50,7% – 47 milyon 534,923 min manata, öhdəlikləri 63,5% - 35 milyon 650,785 min manata, kapitalı 22% - 11 milyon 884,139 min manata qədər artıb.
Ötən il şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 5,4 dəfə - 4,84 milyon manata qədər artıb.
Xəbər verildiyi kimi, 2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin 100%-lik səhminin $6,5 milyona alınmasına dair sövdələşməni başa çatdırıb. Bununla əlaqədar “Chartis Azerbaijan” şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb. Şirkətin nizamnamə kapitalı 8 milyon 50 manatdır.*
Ə.Məmmədov