Azərbaycanda koronavirus infeksiyasına 2 457 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 289,601 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 151 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3978 nəfərə çatıb.
Virusa yoluxmuş 253,762 min nəfər (sutka ərzində +2 002) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 31 min 861 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 254 (ötən gün 7 687 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 40,386 min test aparılıb.*
X.Nəsirzadə