Qazax Rayon İcra Hakimiyyəti abadlıq və təmir işlərinin aparılması üçün “Azərtranss” MMC-ni cəlb edib. Şirkətlə ümumilikdə 1 milyon 401,593 min manat dəyərində iki müqavilə bağlanıb.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, birinci müqavilə Qazax şəhərinin küçə və yaşayış binalarının həyətlərində abadlıq işlərinin aparılmasını nəzərdə tutur. Müqavilənin dəyəri 918,395 min manatdır.
Qazax şəhərində yolların əsaslı təmiri işlərini nəzərdə tutan ikinci müqavilənin dəyəri 483,198 min manatdır.*
X.Nəsirzadə