Aprelin 13-də xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın Azərbaycandakı səfiri Dan Yancu ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.
“Görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən razılıq ifadə olunub”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənməlumat verilib.
Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə, o cümlədən enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd ediblər.*
R.Əhmədov