Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçirilib. Bu barədə Azərbaycan Prezidentinin saytında məlumat verilir.
Qeyd edək ki, Lukaşenko bu gün Azərbaycana işgüzar səfərə gəlib.
İki ölkə liderləri arasında rəsmi danışıqlar aprelin 14-nə nəzərdə tutulub.*
R.Əhmədov