Rəsmi Bakı ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqazla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“ABŞ-ın yeni administrasiyadan bizə heç bir mesaj daxil olmadı. Administrasiya yanvardan formalaşıb, bu gün apreldir. Biz regionumuzla bağlı məsələdə ABŞ hökumətinin mövqeyinin nədən ibarət olduğunu bilmirik”, - Əliyev “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçılarının suallarına cavabında bildirib.
Onun sözlərinə görə, ABŞ-ın yeni baş katibi artıq Ermənistanın baş nazirinə zəng vurub. “Cənab Blinken Paşinyana zəng edib, onların nə haqqında danışdıqlarını bilmirəm. Yenə də tarazlıq qorunmamışdır. Mən cənab Blinkendən zəng gözlədiyimizi demirəm. Lakin bu, həmsədr ölkədir (ATƏT-in Minsk qrupunun - İF), onlar tarazlı şəkildə davranmalıdırlar”, - prezident deyib.
Əliyev vurğulayıb ki, ABŞ prezidenti Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan liderini təbrik edib. “Bunun üçün ona minnətdaram. Lakin bu, sadəcə, təbrik mesajı idi. Mən bu tip mesajların başqa ölkələrə də ünvanlandığını bilirəm”, - Azərbaycan prezİdenti əlavə edib. **
A.Əzizov