“Moody`s” beynəlxalq reytinq agentliyi 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 3,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə agentliyin məlumatında deyilir.
“Pandemiya ilə əlaqədar məhdudiyyətlərin tədricən aradan qaldırılması və dünya bazarlarında neftin qiymətinin bərpası Azərbaycanda ÜDM-in artımına şərait yaradacaq. “Moody`s” 2021-ci ildə real ÜDM-in 3,5% səviyyəsində artımını gözləyir, bu da koronavrisla bağlı məhdudiyyətlərin zəifləməsi, həmçinin neft və qaz hasilatının atrtımı ilə dəstəklənir”, - agentlik qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
“Moody`s”in qiymətləndirmələrinə əsasən, yaxın 2-3 il ərzində Azərbaycanın iqtisadi artımı illik orta hesabla 3%-ə yaxın təşkil edəcək.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2021-ci ildə ölkədə ÜDM-in artımı 3,4% təşkil edəcək.
2020-ci ildə COVİD-19-a görə Azərbaycanda ÜDM-in azalması 4,3% təşkil edib. **
Ə.Məmmədov