Rəsmi Bakı Qarabağda işğaldan azad olunmuş ərazilərin inkişafı məqsədilə aqrosənaye kompleksləri yaradılması ilə baölı Minskin təcrübəsindən istifadədə maraqlıdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Qarabağın bərpası ilə bağlı məsələləri də sizinlə müzakirə etmək istərdim. Belarus şirkətlərinin öz ölkənizdə aqrosənaye kompleksləri yaradılması təcrübəsi bizə məlumdur. Buna görə də işğaldan azad edilmiş ərazilərin bərpası baxımından bu mövzu, əlbəttə, xüsusi yer tutur”, - Əliyev çərşənbə günü Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüş zamanı bildirib.
Əliyev ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafını vurğulayıb. O, xüsusilə ticarət-iqtisadi əməkdaşlığın yüksək göstəricilərini qeyd edib. “Qarşılıqlı iqtisadi fəaliyyət çərçivəsində yaxşı nəticələr görürük. Keçən il pandemiyaya baxmayaraq, bizim əmtəə dövriyyəmiz artıb, Azərbaycandan Belarusa ixrac da artıb. Ona görə bu gün sənaye kooperasiyası ilə bağlı məsələləri də daha ətraflı müzakirə edəcəyik”, - Azərbaycan prezidenti əlavə edib. **
X.Nəsirzadə