Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunan yaşayış kompleksindəsahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsi, suvarma sistemi və mövcud kanalizasiya xətlərinin köçürülməsinə 6 milyon manata yaxın vəsait yönəldəcək
www.etender.gov.az saytının məlumatına görə, MİDA “19 saylı Tikinti Təmir İdarəsi” ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri – 5 milyon 922,1 min manatdır.
Yaşayış kompleksi Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunur.
Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində iş aparır.**
N.Abbasova