Azərbaycanda koronavirus infeksiyasına 2 293 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 291,894 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 457 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 009 nəfərə çatıb.
Virusa yoluxmuş 255,833 min nəfər (sutka ərzində +2 071) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 32 052 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 086 (ötən gün 14 254 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 54,472 min test aparılıb.**
Ə.Məmmədov