Azərbaycan Belarusla neft sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Bu ilin birinci rübündə xam neftin çatdırılması daha böyük həcmdə davam edib və düşünürəm ki, keçənilki həcmi əhəmiyyətli dərəcədə üstələyəcəyik”, - Əliyev çərşənbə günü Bakıda Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqların yekunlarına dair bildirib.
Onun sözlərinə görə, marşrut artıq testlənib, layihə qarşılıqlı faydalıdır.
“Təbii ki, biz bu sahədə əməkdaşlığı genişləndirmək, məhz energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçirmək niyyətindəyik, yəni Belarusun neftayırma zavodlarına təkcə xam neft çatdırmaqla kifayətlənməyəcəyik”, - Əliyev əlavə edib.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycan Belarusa neft tədarükünü 25% - 1 milyon tonadək artırmağı planlaşdırır. **
R.Əhmədov