Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Hövsan qəsəbəsində inşa olunan ikinci yaşayış kompleksində poliklinika binasının tikintisi ilə bağlı əlavə işlərin həyata keçirilməsinə 224 min manatdan çox vəsait yönəldəcək.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, MİDA “Azinvest İnşaat” QSC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 224 min 273,63 manatdır.
Yaşayış kompleksi Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunur.
Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində iş aparır.*
N.Abbasova