İpoteka və Kredit Zəmanət Fondu (İKZF) “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”ndə ilkin maliyyələşdirilmiş ipoteka kreditləri ilə əlaqədar yeni hesablaşma mexanizminin tətbiqi üzrə xidmətlərin satın alınmasına 20 min manat yönəldəcək.
Fonddan verilən məlumata görə, müvafiq seçimin qalibi “GNI Consulting” şirkəti olub. Şirkətlə 20 min 1 manat dəyərində müqavilə bağlanıb.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 637 milyon manatdır.*
Ə.Məmmədov