“PAŞA Bank” 2021-ci ilin yanvar-mart aylarında aktivlərini 2,8% - 5 milyard 669,083 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il martın 31-nə bankın kredit portfeli 2 milyard 196,616 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,8%) təşkil edib.
Hesabat rübünün sonuna “PAŞA Bank”ın öhdəlikləri 5 milyard 105,41 milyon manata (artım 2,7%) bərabərdir. Martın sonuna bankda depozitlər 4 milyard 206,008 milyon manat məbləğində (artım 4,8%) qiymətləndirilir.
Mart ayının sonuna bankın kapitalı 563,673 milyon manat (artım 4,2%), nizamnamə kapitalı 354,512 milyon manat (dəyişməyib) təşkil edir.
“PAŞA Bank” I rübü 18,786 milyon manat məbləğində xalis mənfəətlə (2020-ci ilin I rübü ilə müqayisədə artım 5,4 dəfə - İF) başa vurub.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ikinci aparıcı bankıdır. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, "Ador" MMC - 28,18%) və 1 fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
Ə.Məmmədov