Ermənistan və Azərbaycan nümayəndələrinin sülh müqaviləsinin imzalanması məsələsi ilə bağlı görüşü planlaşdırılmır. Bunu Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan deyib.
“Belə bir görüş planlaşdırılmır. Sülh müqaviləsinin imzalanması üçün ilk növbədə, sülh prosesi lazımdır”, - deyə o, bu gün “Armenpress” dövlət informasiya agentliyinə bildirib.
“Azərbaycan rəhbərliyinin antierməni mövqeyi və davranışı yaranmış vəziyyətin həlli yollarının axtarışı üçün onlardan konstruktivlik gözləməyə əsas yaratmır”, – deyə XİN nümayəndəsi qeyd edib.*