Moskvanın Xamovniçesk məhkəməsi paytaxtın mərkəzində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında reper Elmin Quliyevi təqsirli bilib.
“Məhkəmə Quliyevi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş cinayətin (şəxs tərəfindən sərxoş halda yol hərəkəti qaydalarının pozulması nəticəsində sağlamlığa ağır zərər vurulması) törədilməsində təqsirli bilib və onu cəzasını ümumi rejimli islah koloniyasında çəkməklə dörd il müddətinə azadlıqdan məhrum edib”, - deyə məhkəmənin mətbuat xidmətindən “İnterfaks”a məlumat verilib.*