2021-ci ilin I rübündə Azərbaycanda sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,6% çox olmaqla 1 milyard 523 milyon manat vəsait ödənilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
“Həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,6% və ya 93,9 milyon manat çox olmaqla 1 milyard 523 milyon manat vəsait ödənilib”, - deyə məlumatda bildirilir.
Bu ilin yanvar-mart aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2 milyon 250 mindən çox şəxsə ödənişlər edilib.*
X.Nəsirzadə