Aprelin 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Dmitriy Pantusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Tərəflər Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə