31 mart 2021-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 889,274 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 2,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Hesabat dövrünün sonuna bankın kredit portfeli 249,125 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 21,4% - İF) bərabərdir. Aktivlərin strukturunda banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitlər xüsusi çəkiyə malikdir, onların həcmi 494,566 milyon manat (artım 11,4%) təşkil edir.
31 mart 2021-ci il tarixinə bankın öhdəlikləri 784,302 milyon manat (azalma 2,9%) təşkil edir.
Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 615,059 milyon manata (azalma 3,9%) bərabərdir.
Martın 31-nə bankın kapitalı 104 milyon 972,68 min manat (artım 0,8%), nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) təşkil edir.
I rübdə fəaliyyətinin yekunları üzrə ASB-nin xalis mənfəəti 416,02 min manat (2020-ci ilin I rübünün sonuna olan göstərici ilə müqayisədə azalma 81,4% - İF) məbləğində olub.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və aktivlərinin həcminə görə 6-cı yerdədir.*
Ə.Məmmədov