Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti “Güzəştli mənzil” sisteminin proqram təminatına texniki dəstəyin göstərilməsi və təkmilləşdirilməsinə dair 24/7 xidmətlərin göstərilməsi üçün "R.İ.S.K. ELMİ İSTEHSALAT ŞİRKƏTİ" QSC-ni cəlb edib.
www.etender.gov.az saytının məlumatına görə, MİDA müsabiqə əsasında seçilən "R.İ.S.K.” ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 395,772 min manatdır.
Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində iş aparır. **
N.Abbasova