2021-ci ildə “Rostselmaş” Azərbaycanda 80 ədəddən çox qoşma və asma aqrotexnikası tədarük edəcək. Bu barədə Rusiya mətbuatı məlumat verir.
Xüsusilə, Azərbaycana taxıl tullayıcı, taxıl emalı kompleksləri, saman doğrayıcıları və s. texnika tədarük olunacaq.
Məlumata görə, müqavilə ilə nəzərdə tutulan məhsulların 60%-i artıq göndərilib.
“Mövcud olan 11 iqlimdən 9-u Azərbaycandadır. Hər iqlimdə kənd təsərrüfatı məhsullarının istehsalı maşın və avadanlığa dair öz tələblərini diktə edir. “Rostselmaş”ın konstruktorı yeni maşınların yaradılması zamanı bu amilləri nəzərə alırlar. Nəticədə, şirkətin ərzaq portfelinə müxtəlif aqroiqlim şəraitində işləməyə qadir olan texnika modifikasiyalarının geniş spektri daxildir”, - “Rostselmaş”ın nümayəndəsi Xani Zakut bildirib.
2019-cu ilin noyabr ayında Rusiya-Azərbaycan forumunda “Rostselmaş” və “Azərmaş” Azərbaycanda kombayn yığımı üzrə müəssisənin yaradılmasını nəzərdə tutan niyyət sazişi imzalayıb. Sənəd “Nova” model kombaynların yığımını nəzərdə tutur. **
N.Abbasova