2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda ÜDM 1,3% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-fevralın yekunları üzrə ÜDM-in azalması 3,2% təşkil edib.
DSK-da ÜDM-in azalmasını COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan məhdudiyyətlər və OPEC+ çərçivəsində neft hasilatının azaldılması ilə izah ediblər.
Hesabat dövründə qeyri-neft sektorunda azalma 7,3%, qeyri-neft sektorunda artım 2,1% təşkil edib.
Statistik məlumatala əsasən, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda ÜDM-ion nominal həcmi 18 milyard 921,5 milyon manat təşkil edib.
ÜDM-in 40,5%-i sənayedə, 10,5%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 5,3%-i tikintidə, 7,6%-i nəqliyyat və anbar təsərrüfatında, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 0,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,9%-i informasiya və rabitə xidmətlərində, 10,2%-i xalis vergilər və malların, 20,1%-i digər xidmətlər sahəsində istehsal olunub.
Yanvar-martda əhalinin hər nəfərinə düşən ÜDM 1 min 891,1 manata (azalma 1,8%) bərabər olub.
İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM-in azalması COVİD-19 və OPEC+ çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% təşkil edib. **
A.Əzizov