2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda 8 milyon 816,4 min ton neft hasil edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 5,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar-mart aylarında Azərbaycanda 8 milyon 816,4 min ton neft hasil edilib ki, bunun da 8 milyon 799,5 min tonu əmtəəlik neftin payına düşüb. 2020-ci ilin birinci rübü ilə müqayisədə neft hasilatının azalma 5,2%, əmtəə neftinin azaması – 5,3% təşkil edib”, - Komitədən bildirilir.
2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda 10 milyard 563,4 milyon kubmetr qaz (artım 5,7%) hasil edilib. Əmtəəlik qaz hasilatı 7 milyard 803,7 milyon kubmetr (artım 12%) həcmində olub.
2020-ci ildə Azərbaycanda 34 milyon 585,4 min ton neft, 36 milyard 713,3 milyon kubmetr qaz hasil edilib.**
N.Abbasova