2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 2 milyard 365,2 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,4% az vəsait yönəldilib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2%, qeyri neft-qaz sektoruna – 32,2% azalıb.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 761,8 milyon manatı və ya 74,5%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Bu dövrdə istifadə olunmuş vəsaitin 398,2 milyon manatı və ya 16,8%-i xidmət sahələri obyektlərinin tikintisi, 80,7 milyon manatı (11,2%-i) xidmət sahələrinə, 205,2 milyon manatı (8,7%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 133 milyon manatını (47,9%) xarici, 1 milyard 232,2 milyon manatını və ya 52,1%-ni isə daxili vəsaitlər təşkil edib.
2020-ci ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 8,3% azalıb.**
B.Rüstəmbəyov