“Bank BTB” 2021-ci ilin I rübündə aktivlərini 5,4% - 336,735 mln. manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Martın 31-nə bankın kredit portfeli 210,733 mln. manat (artım 2,2%) təşkil edib.
Bankın öhdəlikləri 282,28 mln. manata (azalma 6,6%) bərabərdir. Hesabat dövrünün sonuna bankda depozitlər 130,879 mln. manat (azalma 6,1%) təşkil edib.
Aprelin əvvəlinə bankın kapitalı 54,455 mln. manata (artım 0,9%), nizamnamə kapitalı 66,45 mln. manata (dəyişməyib) bərabərdir.
I rübün yekunları üzrə bankın xalis mənfəəti 365 min manat təşkil edib (ötən ilin analoji dövrü ilə müqayisədə azalma 52,1%).
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
Ə.Məmmədov