“Kapital Bank” 2021-ci ilin birinci rübündə aktivlərini 6,9% - 5 milyard 587,991 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 mart 2021-ci il tarixinə bankın kredit portfeli 2 milyard 213,171 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,7% - İF) bərabərdir. Eyni zamanda, bu dövrdə “Kapital Bank”ın istehlak kreditləşməsi üzrə portfeli 0,7% - 1 milyard 374,855 milyon manata qədər, biznes kreditləri üzrə portfeli 2% - 593,704 milyon manata qədər artıb.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 4 milyard 909,49 milyon manat (artım 6,9%) təşkil edir.
2021-ci il aprelin əvvəlinə bankın depozit portfeli 4 milyard 65,753 milyon manata (artım 6,8%), o cümlədən fiziki şəxslərin əmanətləri 1 milyard 44,426 milyon manata (azalma 2,2%) bərabərdir.
2020-ci il martın 31-nə bankın kapitalı 678,501 milyon manat (artım 7%), nizamnamə kapitalı 245,85 milyon manat (dəyişməyib) təşkil edir.
Hesabat dövründə “Kapital Bank”ın xalis mənfəəti 55,535 milyon manat (2020-ci ilin naloji dövrü ilə müqayisədə azalma 25,8% - İF) təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).**
Ə.Məmmədov