2021-ci ildə Bakının Mərdəkan, Buzovna və Maştağa qəsəbələrində bərpa vətəmir işlərinə başlanması planlaşdırılır. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb.
Balaxanı qəsəbəsinin timsalında uğurlu təcrübənin şahidi olmuşuq. Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində də bu proses davam edir. Hazırda Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub. **
X.Nəsirzadə