İyunun 1-də “Qala Həyat Sığorta” şirkətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
“İyunun 1-nə səhmdarların növbti yığıncağı çağırılıb. Səhmdarlar 2020-ci il ərzində şirkətin maliyyə hesabatını təsdiq etməlidrilər”, - şirkətdən qeyd olunub.
“Qala Həyat Sığorta” şirkəti 2011-ci ildən etibarən sığorta bazarında fəaliyyət göstərir və sığorta haqlarının yığım həcminə görə aparıcı şirkətlərin onluğuna daxildir. Şirkətin nizamnamə kapitalı 13 milyon 41,6 min manata bərabərdir.**
Ə.Məmmədov