2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13% - 810,3 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə birbaşa qovulan benzin (nafta) istehsalında 64,9% - 108 min tona qədər, sürtkü yağlarının istehsalında – 15,3 min tonadək (artım 2,3 dəfə), neft koksu istehsalında 9,3% - 64,9 min tona qədər artım qeydə alınıb.
Yanvar-mart aylarında 247,4 min ton (azalma 28%) avtomobil benzini, 550,5 min ton (azalma 1,7%) dizel yanacağı, 103,5 min ton (azalma 29,4%) təyyarə yanacağı, 8,9 min ton (azalma 67,8%) soba mazutu, 44,9 min ton (azalma 17,8%) neft bitumu istehsal edilib.
2021-ci il aprelin 1-nə Bakı neft emalı zavodunun anbarlarında 36.1 min ton avtomobil benzini, 40,9 min ton təyyarə yanacağı, 106 min ton dizel yanacağı, 10,4 min ton soba mazutu, 6,3 min ton sürtkü yağları, 17,5 min ton neft bitumu, 3,4 min ton neft koksu var.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.**
N.Abbasova